ABŞ Senatı TikTok-u qadağan edən qanun layihəsini qəbul edib

ABŞ Senatı TikTok-u qadağan edən qanun layihəsini qəbul edib

Bakı, TurkicWorld

ABŞ Senatı TikTok-un Amerikada qadağan edilməsi barədə mübahisəli qanun layihəsini təsdiqləyib.

TurkicWorld xəbər verir ki, TikTok-un Çinli sahibi ByteDance-ə səhmlərini satmaq üçün doqquz ay vaxt verilir, əks halda proqram ABŞ-da bloklanacaq.

Qanun layihəsinə 79 senator lehinə, 18 senator isə əleyhinə səs verib.

ABŞ prezidenti Co Bayden isə qanun layihəsini dərhal imzalayacağını bildirib.