Son dəqiqə

Malayziya

Malayziyada Kral Donanmasının helikopterləri toqquşub

Bakı. TurkicWorld:

Malayziya Kral Donanmasının hərbi paradının məşqləri zamanı iki donanma helikopteri havada toqquşub.

TurkicWorld xəbər verir ki, Malayziya mediasında yayımlanan görüntülərdə helikopterlərdən birinin yerə enməzdən əvvəl digər helikopterin pərinə çırpıldığı görünür.

Məlumata əsasən, qəza nəticəsində ən az on nəfər həyatını itirib.

"Bütün qurbanların hadisə yerində öldüyü təsdiqlənib və qalıqlar şəxsiyyətlərinin müəyyən edilməsi üçün Lumut Hərbi Xəstəxanasına göndərilib", - deyə Malayziya Kral Dəniz Qüvvələri bildirib.

Mövzuya görə xəbərlər