İsrailin Rəfaha hücumu səhiyyə sistemini tamamilə çökdürəcək

İsrailin Rəfaha hücumu səhiyyə sistemini tamamilə çökdürəcək

Bakı. TurkicWorld:

İsrailin Rəfaha hücumu səhiyyə sistemini tamamilə çökdürəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi bəyanat yayıb.

Bəyanatda Rəfahın işğalının Qəzzada qalan səhiyyə sisteminin çökməsinə səbəb olacağı və minlərlə mülki vətəndaşı ölüm riski ilə üz-üzə qoyacağı vurğulanıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Tasnem Ismukhan