İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyik

İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyik

Bakı,TurkicWorld

İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyik ,

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan deyib. O qedy edib ki, Vaşinqtonun digər müttəfiqlərinin də tezliklə eyni addımı atacağını gözləyir.

“Yaxın günlərdə ABŞ İnqilab Keşikçiləri Korpusuna və İran Müdafiə Nazirliyinə dəstək verən qurumlara qarşı yeni sanksiyalara əlavə olaraq, İrana, o cümlədən onun raket və dron proqramına qarşı yeni sanksiyalar tətbiq edəcək. Bundan əlavə, biz İranın raket və pilotsuz təyyarələrinin effektivliyini daha da azaltmaq üçün bütün Yaxın Şərqdə hava və raket əleyhinə müdafiə və erkən xəbərdarlıq sistemlərinin uğurlu inteqrasiyasını daha da təkmilləşdirmək və genişləndirmək üçün Müdafiə Nazirliyi və ABŞ Mərkəzi Komandanlığı vasitəsilə işi davam etdiririk”-deyə o bildirib.

Sullivan onu a deyib ki,İrana qarşı təzyiqlər davam edəcək.