Böyük Britaniyanın İrana sanksiyalar tətbiq etməsi gözlənilir

Böyük Britaniyanın İrana sanksiyalar tətbiq etməsi gözlənilir

Bakı. TurkicWorld:

Böyük Britaniya hökuməti İsrailə pilotsuz təyyarə və raket hücumundan sonra İrana qarşı yeni sanksiyalar elan etməyə hazırlaşır.

TurkicWorld xəbər verir ki, sanksiyaların bu gün Böyük Britaniyanın baş naziri Rişi Sunak tərəfindən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 13 aprel tarixində iki regional düşmən arasında böyük gərginliyə səbəb ola biləcək onlarla pilotsuz uçuş aparatı (PUA) və raketlər ataraq İsrailə hücuma başlayıb.

X: Lamanasadli01