Rusiya XİN vətəndaşlarına İsrail və Livana səfər etməmək barədə xəbərdarlıq edib

Rusiya XİN vətəndaşlarına İsrail və Livana səfər etməmək barədə xəbərdarlıq edib

Bakı. TurkicWorld:

Rusiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına zərurət olmadıqca İsrail, Livan və Fələstin ərazilərinə səyahət etməmək barədə xəbərdarlıq edib

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Məlumatda bildirilib ki, Fələstin-İsrail münaqişəsi zonasında, eləcə də İsrail-Livan sərhədində vəziyyət qeyri-sabit olaraq qalır.

Zaxarova rusiyalıları məlumatlara və praktiki tövsiyələrə əməl etməyə çağırıb.