Son dəqiqə

Fələstin İsrail ABŞ Nensi Pelosi

Pelosi Baydenin İsrailə silah tədarükünü dayandırması çağırışına qoşulub

Bakı. TurkicWorld:

ABŞ Konqresinin Nümayəndələr Palatasının 30-dan çox demokrat üzvü prezident Co Baydenə və dövlət katibi Antoni Blinkenə göndərdiyi məktubda İsrailə silah təhvil verilməsini tam dayandırmağa çağırıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Nümayəndələr Palatasının keçmiş spikeri və Baydenin müttəfiqi Nensi Pelosi də çağırışçılar arasındadır.

"World Central Kitchen (WCK) yardım komandasının yeddi işçisinin öldürülməsi və getdikcə pisləşən humanitar böhran fonunda, bu silahların İsrailə tədarükünü təsdiq etməyin əsassız olduğuna inanırıq", - deyə məktubda qeyd edilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər