Son dəqiqə

İsrail ABŞ Qəzza

ABŞ İsraildən Qəzzada humanitar yardım işçilərinin öldürülməsi faktını araşdırmasını tələb edib

Bakı. TurkicWorld:

ABŞ İsraildən Qəzzada humanitar yardım işçilərinin öldürülməsi faktını araşdırmasını tələb edib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-ın İsraildəki səfiri Cek Lyu “X” sosial media platformasında paylaşım edib.

Lyu Deyr əl-Bələhdə yeddi yardım işçisinin öldürülməsindən, xüsusən də onların arasında bir ABŞ vətəndaşının həlak olmasından "dərin kədərləndiyini" və hücumda "həlak olanların hamısına" başsağlığı verdiyini bildirib.

“Biz bu faciənin necə baş verdiyini tez, hərtərəfli və qərəzsiz araşdırmaya çağırırıq. Humanitar işçilər qorunmalıdır”- deyə o əlavə edib.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər