İƏT İsrailin Fələstin torpaqlarını müsadirə etməsini qınayıb

İƏT İsrailin Fələstin torpaqlarını müsadirə etməsini qınayıb

Bakı,TurkicWorld

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail işğalının müstəmləkə məskənlərinin genişləndirilməsi məqsədi ilə İordan çayının qərb sahilinin şimalındakı İordan vadisindəki torpaqları mesadirə etməsinin qınayıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu haqda İƏT-dən daxil olan məlumatda bildirilir.

Məılumatda qeyd olunub ki, ümimi ərazisi 80 hektar olan ərazilərin güya müsadirə olunması qeyri qanmunidir.

Təşkilat beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT Təhlükəsizlik Şurasını İsrail işğalının bütün işğal olunmuş Fələstin ərazilərində, xüsusən də Qəzza zolağında törətdiyi bütün cinayət və hücumlara son qoymaq üçün öz öhdəliklərini üzərinə götürməyə çağırıb.