Son dəqiqə

Rusiya İnterpol

"İnterpol" "Crocus City Hall"a hücumun araşdırılmasında Rusiyaya dəstək göstərməyə hazırdır

Bakı. TurkicWorld:

"İnterpol" "Crocus City Hall"a hücumun araşdırılmasında Rusiyaya dəstək göstərməyə hazırdır.

TurkicWorld Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Yurgen Ştok deyib.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 60 nəfər ölüb, 140-dan çox yaralanan var.

Mövzuya görə xəbərlər