Türkiyə NATO-da mühüm rola malikdir - Stoltenberq

Türkiyə NATO-da mühüm rola malikdir - Stoltenberq

Bakı. TurkicWorld:

NATO-nun baş katibi Yens Stoltenberq Avropa İttifaqının (Aİ) Avropanın təhlükəsizliyi üçün NATO-ya alternativ olmadığını bəyan edib və Aİ üzvü olmayan Türkiyənin Alyansın cənub cinahında mühüm rolunu vurğulayıb.

TurkicWorld-un məlumatına görə, Stoltenberq, NATO Müdafiə Nazirləri Toplantısının girişində jurnalistlərə açıqlama verib.

Stoltenberq şimalda Norveç və İslandiya kimi ölkələrin olduğunu, böyük hərbi güc olmasa da, transatlantik əlaqə baxımından əhəmiyyətli olduqlarını, ABŞ, Kanada və Böyük Britaniyanın isə Avropa İttifaqının üzvü olmayan ölkələr olduğunu vurğulayıb.

"Buna görə də NATO-nun gücü Avropa və Şimali Amerikanı bir araya gətirməkdədir", - deyə NATO-nun baş katibi bildirib