Son dəqiqə

Fələstin İsrail Rusiya Vladimir Putin

Müstəqil Fələstin dövlətinin yaradılması davamlı sülh üçün şərait yaradacaq - Putin

Bakı. TurkicWorld:

Müstəqil Fələstin dövlətinin yaradılması davamlı sülh üçün şərait yaradacaq.

TurkicWorld-un məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

"Qəzzada yüzlərlə fələstinlinin ölümü ilə nəticələnən xəstəxanaya hücum, münaqişənin sona çatmalı olduğunu göstərən dəhşətli fəlakətdir. Bu münaqişəni mümkün qədər tez bitirmək lazımdır. Biz bəzi təmaslarımızı gücləndirməliyik",- deyə Putin bildirib.

Qeyd edək ki, 17 oktyabr tarixində İsrail Qəzzada yerləşən xəstəxananı bombalayıb. Hücum zamanı ən az 500 nəfər həyatını itirib.

Mövzuya görə xəbərlər