Son dəqiqə

NATO ABŞ Yens Stoltenberq

Stoltenberq ABŞ-a səfər edəcək

Bakı. TurkicWorld:

NATO Baş katibi Yens Stoltenberq ABŞ-a səfər edəcək.

TurkicWorld xəbər verir ki, Stoltenberq sentyabrın 18-dən sentyabrın 21-dək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorkda səfərdə olacaq.

Sentyabrın 19-da NATO Baş katibi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci Sessiyasının açılışında iştirak edəcək. Onun yüksək səviyyəli rəsmilərlə də görüşləri olacaq

Sentyabrın 21-də isə Baş katib Xarici Əlaqələr Şurasında müzakirələrdə iştirak edəcək.

O, həmçinin ABŞ-ın dövlət katibi Entoni Blinkenin ev sahibliyi edəcəyi Transatlantik şam yeməyində iştirak edəcək.

Mövzuya görə xəbərlər