Son dəqiqə

Türkiyə NATO Polşa Bayraktar TB2

Türkiyə ilk dəfə NATO və Aİ üzvü ölkəyə PUA ixracını tamamlayıb

Bakı. TurkicWorld:

Türkiyə ilk dəfə NATO və Avropa İttifaqı (Aİ )üzvü ölkəyə Pilotsuz Uçuş Aparatı (PUA) ixracını tamamlayıb.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, ümumilikdə 24 ədəd Bayraktar TB2 PUA-nın ixracını əhatə edən 2021-ci ildə Polşa ilə imzalanmış müqavilənin son təhvil-təslimi həyata keçirilib.

Qeyd edək ki, Polşa ilə Türkiyə arasında 2021-ci ilin may ayında hər biri altı təyyarə və üç yerüstü idarəetmə stansiyasından ibarət dörd ayrı paketin çatdırılması üçün müqavilə imzalanıb.

Türkiyənin Baykar tərəfindən hazırlanan, texniki xüsusiyyətləri və iştirak etdiyi əməliyyatlar nəzərə alınmaqla öz sinfində dünyanın ən yaxşısı sayılan PUA Bayraktar TB2 2014-cü ildə Türk Silahlı Qüvvələrinin (TSK) inventarına daxil edilib. 2015-ci ildə silahlandırılan PUA Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı, Təhlükəsizlik Baş İdarəsi və MİT tərəfindən əməliyyatda istifadə olunur. Bayraktar TB2 2014-cü ildən bəri ölkə daxilində və sərhəd boyu terrorla mübarizədə təhlükəsizlik qüvvələri tərəfindən fəal şəkildə istifadə olunur.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər