Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Ömər Bolat Türkiyə-Azərbaycan enerji əlaqələri Türkiyə Azərbaycan qardaşlığı Türkiyə-Azərbaycan strateji əməkdaşlığı Türkiyə Azərbaycan əməkdaşlığı

Enerji və ticarət sahəsində Azərbaycanla əməkdaşlıq möhkəmləndirilir - Ömər Bolat

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə–Azərbaycan Qarışıq İqtisadi Komissiyası (KEK) Protokolü imzalanıb. Protokol çərçivəsində 110 maddəlik Fəaliyyət Planı da təsdiqlənib və bu plan ölkələrarası iqtisadi əməkdaşlığın genişləndirilməsi və strateji layihələrin həyata keçirilməsi üçün əsas istiqamətləri müəyyən edir.

TurkicWorld xəbər verir ki, nazir həmçinin qeyd edib ki, Azərbaycan təbii resurslar baxımından strateji əhəmiyyətə malikdir və enerji qiymətlərindəki dəyişikliklər gələcək ticarət balansına müsbət təsir göstərəcək.

Ötən il Türkiyə–Azərbaycan arasında ticarət həcmi 8 milyard dollara çatıb. Bu göstərici, Qazaxıstanla birlikdə Türk Dövlətləri arasında əldə edilmiş ən yüksək ticarət həcmidir. Nazir Bolat əlavə edib ki, mövcud dalğalanmalar konjonktür xarakterlidir və keçicidir, yaxın gələcəkdə enerji bazarındakı dəyişikliklər ticarət əlaqələrini daha da gücləndirəcək.

Mövzuya görə xəbərlər