Bakı. TurkicWorld:
Bazar günü Moldovada ABŞ və Rumıniya hərbçilərinin iştirakı ilə “Scutul de Foc/Rapid Trident – 2023” hərbi təlimləri başlayıb.
TurkicWorld-un məlumatına görə, bu barədə Moldovanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 22-dək davam edəcək təlim piyada və artilleriya atışlarını əhatə edir və iştirakçı ordular arasında imkanların inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması məqsədi daşıyır”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, təlimlərdə üç ölkənin 500-ə yaxın hərbçisi iştirak edir. Təlimlərə ordunun texniki heyəti, piyadaları və artilleriya sistemləri cəlb olunacaq.