Bakı. TurkicWorld:
Məscidə edilən hücum tolerantlığa vurulan zərbədir.
TurkicWorld-un məlumatına görə, Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Yunan Kiprində məscidə edilən hücumu pisləyib.
"Hücum dünya üzrə 2 milyarddan çox insanın inanclarına və müqəddəs dəyərlərinə qarşı yönləndirilib. Bunu demokratiya və fikir azadlığı ilə izah etmək mümkün deyil. Hücumu təşkil edənlər cəzalandırılmalıdır.” – deyə Tatar qeyd edib.
Xatırladaq ki, bu gün Yunan Kiprində yerləşən məscidə molotof kokteyli ilə hücum edilib.
Polis hücumla bağlı araşdırma apardığını bildirib.
Hafiz Rufizoğlu







