Son dəqiqə

Kim kimdir?

Qədim Roma mifologiyasında Bellona kimdir?

Bakı. TurkicWorld:

Qədim Roma mifologiyasında Bellona - müharibə və yeraltı dünya ilahəsidir. Bellona sözünün mənası (bellum və ya duellum) müharibə deməkdir.

Başqa bir əfsanəyə görə, Bellona Marsın anasıdır. Şəkillərdə uzun ətəkli donda, bir əlində qılınc, digər əlində məşəl təsəvvür olunur.

E.ə. 458-ci ildə Romada Bellonanın şərəfinə məbəd inşa edilib.

Çox zaman Bellona Yunan mifologiyasındakı Enio ilahəsi ilə eyniləşdirilir.

Mövzuya görə xəbərlər