Son dəqiqə

İran ABŞ CENTCOM Hörmüz boğazı Mərkəzi Komandanlıq ticarət gəmiləri Təhlükəsiz Keçid

ABŞ Mərkəzi komandanlığı: Hörmüz boğazı “nəqliyyat üçün açıqdır”

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Hörmüz boğazı ticarət gəmiləri üçün açıqdır və "təhlükəsiz keçid yolları" yaradılıb.

TurkicWorld xəbər verir ki, CENTCOM əlavə edib ki, bu keçid yolları İrana qarşı blokadaya riayət edən bütün gəmilər üçün əlçatandır. Son iki ay ərzində yüzlərlə gəmi bu su yolundan keçib.

Bu açıqlama İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) son ABŞ zərbələrinə cavab olaraq Hörmüz boğazını tam bağladığını bildirməsindən bir gün sonra verilib. CENTCOM bildirib ki, beynəlxalq ticarət üçün əsas nəqliyyat marşrutu qorunur.

Mövzuya görə xəbərlər