Son dəqiqə

BMT İsrail Livan Antonio Quterreş Hizbullah Sərhəd keçidi Diplomatiya Gərginlik

BMT Baş katibi diplomatik həll yolunu necə izah edib?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

BMT Baş katibi Antonio Quterreş Livan-İsrail sərhədində artan gərginliklə bağlı xəbərdarlıq edib və bütün tərəfləri diplomatik həll yolunu seçməyə çağırıb.

TurkicWorld xəbər verir ki, Quterreş bildirib ki, mart ayından bəri vəziyyət ciddi şəkildə pisləşib: İsrailin Livan ərazisində əməliyyatlarını artırması və Hizbullahın İsrail ərazisinə atəş açması gərginliyi yüksəldib.

O vurğulayıb ki, bütün tərəflər siyasi həll yolunu tapmalı, Livanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət etməlidirlər.

Quterreş həmçinin Livanda silah nəzarəti məsələsinə də toxunaraq, “Livan hökumətinin silah monopoliyasını tam dəstəkləyirəm” deyib. O, bölgədə sabitliyin qorunması və qanunsuz silahların qarşısının alınmasının vacibliyini vurğulayıb.

Mövzuya görə xəbərlər