Son dəqiqə

Kim kimdir?

Frans Kafka kimdir?

Bakı.TurkicWorld:

Frans Kafka 3 iyul 1883-cü ildə Praqada anadan olub. 1901-ci ildə orta məktəbi bitirdikdən sonra Kafka, yüksək qiymətlərinə görə ailəsindən mükafat alıb. Bu mükafat Helqoland və Norderneyə səyahət idi. Səyahət etdikdən sonra Karl-Ferdinand Universitetində təhsil almağa başlayıb. 1906-cı ildə burada təhsilini başa vurduqdan sonra kimya ilə maraqlanıb. Kafkanın kimyaya marağı tez bir zamanda soyuyub və bir müddət sonra hüquq sahəsində özünü təkmilləşdirmək istəyib. Beş il hüquq təhsili alan Frans Kafka Albert Veberin yanında pulsuz təcrübə keçib.

Uşaqlığı çətin keçən Kafka tələbəlik həyatının sonuna kimi atasının təzyiqi altında yaşayıb. Gəncliyində atasından qorxduğunu söyləmək mümkün olmasa da, atasına nifrət etdiyini söyləmək olar. Onun əsərlərində ata fiqurları həmişə despotik, zülmkar və hər şeyə qadir kimi təsvir edilib. Kafkanın klassik əsərlərindən olan “Metamorfoz”dakı ata obrazı bunun ən gözəl nümunələrindən biridir.

Sağlığında böyük diqqət çəkən Kafkanın əsərləri ölümündən sonra da nəşr olunmağa davam edib.

1917-ci ildə ağzından qan axdıqdan sonra xəstə olduğundan şübhələnən Kafka həkimə gedib və ağciyər xərçəngi diaqnozu qoyulub. 1918-ci ilin sonunda o, ispan qripinə tutulub və getdikcə daha çox əziyyət çəkməyə başlayıb. Artan ağrılar məşhur yazıçını get-gedə həyatdan qoparıb.

1923-1924-cü illərdə Berlində olan Kafka, xəstəliyinin ağciyərindən boğazına keçməsi səbəbindən artıq danışa bilmirdi.

1924-cü ildə yenidən müayinə olunan Kafkaya qırtlaq xərçəngi diaqnozu qoyulub. Müayinələrdən sonra xəstəliyin irəliləməsi səbəbindən onun artıq əməliyyat belə edə bilməyəcəyinə qərar verilib.

Ağrılı, əzablı və sıxıntılı illərdən sonra məşhur yazıçı Frans Kafka 1924-cü il iyunun 3-də 40 yaşında Klosterneuburqda vəfat edib.

1933-1945-ci illər arasında Kafka bütün digər yəhudi yazıçıları kimi qadağan olunmuş yazıçılar arasında idi. Əslində, Kafka nasist dövründə qadağan olunmuş yazıçıların önündə idi. Əsərləri yandırılacaq kitablar siyahısında birinci yerdə idi.

Sağlığında nəşr olunan əsərləri:

Ein Damenbrevier

Gespräch mit dem Beter (Dua Eden Adamla Sohbet)

Gespräch mit dem Betrunkenen (Sarhoşlarla Sohbet)

Die Aeroplane in Brescia (Brescia’daki Uçaklar)

Großer Lärm (Büyük Gürültü)

Betrachtung (Gözlem)

Das Urteil (Yargı)

Der Heizer (Ateşçi)

Die Verwandlung (Dönüşüm)

Vor dem Gesetz (Yasanın Önünde)

Der Mord (Cinayet)

Ein Landarzt (Bir Köy Hekimi)

In der Strafkolonie (Ceza Sömürgesi)

Der Kübelreiter

Ein Hungerkünstler (Açlık Sanatçısı)

Ölümündən sonra nəşr olunan əsərləri:

Beschreibung eines Kampfes (Bir Savaşın Tasviri)

Hochzeitsvorbereitungen auf dem Lande (Taşrada Düğün Hazırlıkları)

Erinnerungen an die Kaldabahn (Kaldabahn Hatıraları)

Der Dorfschullehrer (Köy Öğretmeni)

Blumfeld, ein älterer Junggeselle

Der Gruftwächter

Die Brücke (Köprü)

Eine Kreuzung

Der Schlag ans Hoftor (Çiftlik Kapısına Vuruş)

Der Jäger Gracchus (Avcı Gracchus)

Beim Bau der Chinesischen Mauer

Eine alltägliche Verwirrung

Der Nachbar (Komşu)

Brief an den Vater (Babaya Mektup)

Heimkehr Brod’un Başlığı

Die Abweisung (Geri Çevrilme)

Zur Frage der Gesetze (Yasalar Sorunu Üzerine)

Das Stadtwappen (Kent Arması)

Kleine Fabel (Küçük Fabl)

Die Truppenaushebung

Forschungen eines Hundes (Bir Köpeğin Araştırmaları)

Das Ehepaar

Der Aufbruch (Gezinti)

Gibs auf Brod’un Başlığı

Der Bau Brod’un Başlığı

Der Prozess (Dava)

Das Schloss (Şato)

Der Verschollene (Amerika)

Mövzuya görə xəbərlər