Türkiyənin ilk hərbi pilot qadını Sabiha Gökçen kimdir?

Türkiyənin ilk hərbi pilot qadını Sabiha Gökçen kimdir?

Bakı. TurkicWorld:

Sabiha Gökçen 1913-cü ildə Bursada anadan olub. Atası və anasının ölümündən sonra 1925-ci ildə Bursaya səfər edən Atatürk tərəfindən övladlığa götürülüb. “Gökçen” soyadı Sabiha Gökçenə hələ aviasiya ilə heç bir əlaqəsi olmadığı 1934-cü ildə soyad qanununun qüvvəyə minməsi ilə Atatürk tərəfindən verilib.

Çankaya İbtidai məktəbində və İstanbul Üsküdar Qız Texnikumunda təhsil alan Sabiha Gökçen, 1935-ci ildə Türk Hava Qurumunun Türkkuş Mülki Aviasiya Məktəbinə daxil olub. O, yüksək uçuş sertifikatlarını Ankarada alıb. Gökçen yeddi kişi tələbə ilə Krıma göndərilib və orada yüksək planer təhsilini tamamlayıb.

1936-cı ildə Əskişəhər Hərbi Hava Məktəbinə daxil olub və orada xüsusi təhsil aldıqdan sonra hərbi pilot olub. Bir müddət Əskişəhərdə 1-ci Təyyarə Alayında təcrübə keçib, qırıcı və bombardmançı təyyarələrlə uçuşlar edib. 1937-ci ildə Prezident, Baş nazir və Baş Qərargah rəisinin qatıldığı mərasimdə Türkiyə Hava Qurumunun Murassası (Qürur) medalı ilə təltif edilib. 30 avqust 1937-ci ildə hərbi uçuş nişanı alıb.

Gökçen 1938-ci ildə Balkan dövlətlərinin dəvəti ilə öz təyyarəsi ilə Balkan turu edib. Türkiyəyə qayıtdıqdan sonra Türk Hava Qurumu Türkkuşuna “Baş Müəllim” təyin edilib və 1955-ci ilə qədər bu vəzifəni uğurla davam etdirib.

1953 və 1959-cu illərdə dəvətlə ABŞ-a gedən Sabiha Gökçen türk cəmiyyətini və türk qadınını tanıdıb.

O, aviasiya karyerasının ən yüksək mükafatını 1996-cı ildə alıb. Amerika Hərbi Hava Heyəti Kollecinin buraxılış mərasimi üçün təşkil edilən Qartallar Yığıncağının fəxri qonağı kimi qatıldığı Maksvell Hava Bazasında keçirilən mərasimdə "Dünya Tarixinə adını yazdıran 20 Aviatordan biri" seçilib. Gökçen bu mükafata layiq görülən ilk və yeganə qadın aviator olub.

O, son uçuşunu 1996-cı ildə 83 yaşında ikən fransız pilot Daniel Actonun müşayiəti ilə Falcon 2000 ilə edib.

Sabiha Gökçen 22 mart 2001-ci ildə Gülhanə Hərbi Tibb Akademiyasında 88 yaşında ürək çatışmazlığından vəfat edib.

Mövzuya görə xəbərlər

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?

Sədi Şirazi kimdir?

Sədi Şirazi kimdir?

Ömər Fəxrəddin Paşa kimdir?

Ömər Fəxrəddin Paşa kimdir?