Aişə Həfsə Sultan kimdir?

Aişə Həfsə Sultan kimdir?

Bakı,TurkicWorld:

Sultan I Səlimin həyat yoldaşı Aişə Həfsə Sultan 1478-ci ildə anadan olub. Bir çox vəqf sənədlərində adı Aişə bin Əbdürrəhman olaraq qeyd olunub. Atasının adının bu formada qeyd edilməsi, onun saraya cariyə olaraq alındığını sübut edib.

Aişə Həfsə Sultan ömrünün iyirmi ilini Trabzon sarayında keçirib. Burada o, yeganə oğlu Şahzadə Süleymanı və qızları Xədicə, Beyhan, Fatma, Hafsa, Şahıhuban Sultanları dünyaya gətirib. Oğlu Şahzadə Süleyman hələ 15 yaşında ikən babası Sultan Bəyazid tərəfindən Kəfə sancaqbəyliyinə təyin edilib, atası Yavuz Sultan Səlimin taxta çıxmasından sonra isə vəliəhd şahzadə olaraq Manisa sancaqbəyliyinə gətirilib. Aişə Həfsə Sultan oğlunun bütün vəzifələrində onun yanında yer alıb, onunla birlikdə öncə Krıma, daha sonra isə Manisaya hərəkət edib.

Gözəlliyi qədər gördüyü xeyriyyə işləriylə də tanınan Aişə Həfsə Sultan Manisada öz adını daşıyan bir külliyyə inşa etdirib. Məscid, mədrəsə, sübyan məktəbi və imarətdən ibarət olan bu külliyənin inşası 1523-cü ildə tamamlanıb.

Sultan Səlimin 1520-ci ildə vəfatı və oğlunun taxta çıxmasının ardından Aişə Həfsə Sultan İstanbula gətirilərək Validə sultan elan edilib. 13 ildən çox Validə sultan olan Aişə Həfsə Sultan 19 mart 1534-cü ildə vəfat edib və Yavuz Sultan Səlim türbəsinin yaxınlığında dəfn edilib. Aişə Həfsə Sultanın vəfatından sonra oğlu Sultan Süleyman tərəfindən 1538-ci ildə hamam, 1539-cu ildə isə darüşşəfa (xəstəxana) binaları külliyyəyə əlavə edilib.

Mövzuya görə xəbərlər

Haluk Bilginer kimdir?

Haluk Bilginer kimdir?

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?