Vaqif Mustafazadə kimdir?

Vaqif Mustafazadə kimdir?

Bakı,TurkicWorld:

Azərbaycan muğamlarını caz texnikası ilə birləşdirərək muğam-caz musiqi janrının təməlini qoyan görkəmli pianoçu, caz ustası Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakıda anadan olub. İlk musiqi təhsilini anası Zivər xanımdan alan Vaqif Mustafazadəyə mahir pianoçu olan Zivər xanım xalq folklor nümunələri ilə yanaşı, klassik bəstəkarların İ.S.Baxın, L.V.Bethovenin, V.A.Motsartın, Ü.Hacıbəylinin və s. əsərlərini düzgün çalmağı öyrədib.

Yeddiillik orta musiqi məktəbini bitirən Vaqif Mustafazadə Bakıdakı Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub və oranı 1963-cü ildə bitirib. Bu dövrdə o, S.Raxmaninovun, S.Prokofyevin fortepiano və simfonik orkestr üçün konsertlərini, İ.S.Baxın "Prelyüd və Fuqa"larını, V.A.Motsartın sonatalarını böyük ustalıqla ifa edib.

Amerikada, Qərbi Avropada təşəkkül tapmış "caz" musiqi janrı gənc Vaqifi özünə cəlb edirdi. O, daima radio dalğalarında caz musiqisi dinləyir, onun sirlərini öyrənir və bu janrı muğamla əlaqələndirməyə başlayır, onları müasir akkordlarla, caz üslubuna uyğun improvizasiya edirdi.

Dövrün tələbinə uyğun olaraq musiqiyə qoyulmuş qadağa qarşısında tab gətirməyən Vaqif Mustafazadə Tiflis şəhərinə gedib, Gürcüstan Dövlət Filarmoniyasında "Qafqaz" caz-triosu yaradıb.

Vaqif Mustafazadə 1970-ci ildə Bakıya qayıdıb və Azərbaycan Bəstəkarlar İttifaqında "Leyli" adlı ilk qadın vokal kvartetinin əsasını qoyub. Bu kollektiv 1971-ci ildə Azərbaycan Televiziya və Radio Komitəsinin nəzdinə keçib və "Sevil" kvarteti kimi fəaliyyətini davam etdirib.

Vaqif Mustafazadə 1978-ci ildə Monakoda VIII Beynəlxalq müsabiqədə birinci mükafata layiq görülərək Azərbaycanın Əməkdar artisti, Dövlət mükafatı laureatı adını alıb.

1979-cu ildə Azərbaycan televiziyasının "Məktəblilərin musiqi klubu" verilişində "Caz və Azərbaycan muğamları" mövzusunda tarixi çıxışını edən Vaqif Mustafazadə bu verilişdən bir gün sonra Daşkəndə qastrol səfərinə gedib və 17 dekabr 1979-cu ildə orada vəfat edib.

Mövzuya görə xəbərlər

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?

Sədi Şirazi kimdir?

Sədi Şirazi kimdir?