Osmanlı sülaləsinin son varisi Əbdülməcid Əfəndi kimdir?

Osmanlı sülaləsinin son varisi Əbdülməcid Əfəndi kimdir?

Bakı. TurkicWorld:

Osmanlı sülaləsinin son varisi və xəlifəsi olan Əbdülməcid Əfəndi, Sultan Əbdüləzizin oğludur.

Gənc yaşlarında hərbi və dini təhsil alan Əbdülməcid Əfəndi at sürməyə, ovçuluğa, qılıncoynatma və atıcılığa mahir olması ilə yanaşı o, rəssamlığa və musiqiyə xüsusi maraq göstərmişdir.

Əbdülməcid, fotoqrafiya və qravüra, saray kolleksiyası, anatomiya və bədii kitablar kimi mənbələri oxumuş və tədqiq etmiş, incəsənət və mədəniyyət adamlarına və onların fəaliyyətinə dəstək olmuşdur.

O, ərəb, fars, alman, fransız və ingilis dillərini mükəmməl bilib.

II. Konstitusiya Monarxiyasının elanından sonra Avropa ölkələrinə səfər etmək imkanı qazanan Əbdülməcid tarixi, ictimai və siyasi mövzularla maraqlanıb.

Əbdülməcid Əfəndi rəssamlıq və fortepiano təhsili üçün Fransaya çoxlu tələbə göndərirdi.

1917-ci ildə döyüş rəsmlərini çəkmək üçün yaradılan Şişli Atelyesini ziyarət edərək, bu mövzuda rəsm çəkib.

Onun əsərləri Paris Salonları, Qalatasaray və Vyana sərgiləri kimi bir çox önəmli yerlərdə iştirak edib.

“Demokratik şahzadə” kimi tanınan Əbdülməcid Əfəndi Osman Həmdi və Salvatore Valeridən dərs almış, dostluqlar qurmuş, saray rəssamı Fausto Zanoro və 1914-cü il Osmanlı impressionistləri ilə çalışmışdır.

Rum əsilli yazar Adolphe Thalasso L'art Ottoman les peintres de Turquie (1920) kitabını ona həsr etmişdir.

Xəttatlıq, musiqi və ədəbiyyat sahələrində fəaliyyət göstərən Əbdülməcid Əfəndi 1922-ci ildə xəlifə elan edilmiş, 1924-cü ildə xilafətin ləğvindən sonra ailəsi ilə birlikdə ölkəni tərk edərək İsveçrəyə köçmüşdür.
Daha sonra Fransanın Paris şəhərinə köçərək ömrünün sonuna qədər burada yaşayıb.

Tarixi süjetləri və İstanbul mənzərələrini çəkən Əbdülməcid Əfəndi fərqli məzmunlu işlədiyi rəsmlərində qadını mədəniyyətli və savadlı bir şəxsiyyət kimi göstərirdi.

Mövzuya görə xəbərlər

Haluk Bilginer kimdir?

Haluk Bilginer kimdir?

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?