Son dəqiqə

Kim kimdir?

Fikrət Əmirov kimdir?

Bakı. TurkicWorld:

1922-ci il noyabrın 22-də Gəncədə anadan olan Fikrət Əmirov əslən Şuşalıdır. Şuşada anadan olan atası Məşədi Cəmil Əmirov bəstəkar və tərzanə olub. Anası Dürdanə Əmirovadır. Fikrət Əmirovun kiçik yaşlarından atasının əsərlərinə qulaq asması onun gələcək musiqi həyatının formalaşmasına təsir edib.
Fikrət Əmirov həkim Aidə Əmirova ilə ailə həyatı qurur. 1930-cu ildə Bakıda anadan olan Aidə Əmirova Azərbaycan Tibb Universitetində təhsil almışdır. Cütlüyün Cəmil və Sevil adlı övladları dünyaya gəllib. Sevil Əmirova Azərbaycan Dövlət konservatoriyasında fortepiano ixtisası üzrə təhsil alıb. Cəmil Əmirov müxtəlix tərkibli instrumental ansamblalr üçün caz kompozisiyaları bəstələyib.

1928-ci ildə atasını itirən Fikrət Əmirov bir çox çətinliklər yaşayır. Amma yaşadığı çətinliklərə baxmayaraq, atasının sənət yolunu davam etdirir. Bacısı Yaxşı xanımın ifa etdiyi mahnılara tarla müşayiət edirdi. Bu ifalar onlara uğurlar qazandırır. Uşaq Yaradıcılıq akademiyasına qatılan Əmirovlar istedadlı ifaçıları seçmək üçün Gəncəyə gələn Üzeyir Hacıbəyovla tanış olurlar.1939-cu ildə ümumitəhsil məktəbi ilə yanaşı orta musiqi məktəbini də bitirərək Bakıya gələn Fikrət Əmirov konversatoriyaya daxil olur. Fikrət Əmirov Bakıda olarkən Bülbülün yanına gəlir. Bülbün onu Üzeyir Hacıbəyovun yanına gətirir. Fikrət Əmirovun bəstəkarlıq sənətinə yiyələnməsinin təşəbbüskarı Üzeyir Hacıbəyli olmuşdur.

1941-ci ilin noyabrında Fikrət Əmirov orduya çağırılır. 1942-ci ildə Voronej cəbhəsinə göndərilir. Fikrət Əmirovun İkinci dünya müharibəsindəki iştirakı onun həyat və yaradıcılığının əsas dövrü olub. 1942-ci ildə xəstəliyi ilə əlaqədar olaraq ordudan təxris olunur. O, Gəncəyə gəlir və yaradıcılığına davam etməyə başlayır. Gəncə Dövlət filarmoniyasında çalışır, musiqi məktəbinə rəhbərlik edir və Dram teatrında bir neçə tamaşaya musiqi yazır. 1943-cü ildə Balkıya qayıdan Fikrət Əmirov konservatoriyadakı təshilinə davam edir.

Görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. Bəstəkar Fəxri Xiyabanda dəfn edilib.

Fikrət Əmirovun əsərləri:

Fikrət Əmirov geniş və rəngarəng yaradıcılığa sahibdir. Musiqinin bir çox janrında əsərlər yaratmışdır. “Sevil” operası, “Min bir gecə”, “Nəsimi dastanı”, “Nizami” baletləri, “Şur”, “Kürd Ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, Muğam-poema”sı Azərbaycan mədəni irsinin dəyərli nümunələridir.

“Ürəkaçanlar” və “Gözün aydın” operattaları səhnə musiqi sahəsindəki fəaliyyəti sırasında yazdığı ilk əəsərlərdir. Bu sahədə yazdığı ən uğurlu əsərlərdən biri isə “Nizami” simfoniyası sayılır. “Şur” və “Kürd ovşarı” simfonik muğamları 1948-ci ildə yazılıb.

Milli musiqi tarixində ilk lirik opera sayılan “Sevil” operası 1950-ci ildə yazılıb.

Bəstəkarın yaradıcılığında eyni zamanda vokal janrına dair əsərlər görmək mümkündür. 1970-ci illərə “nəsimi” vokal xoreoqrafik poemasını, simfonik orkest üçün “ Azərbaycan qravürləri”, “Gülüstan-Bayatıö Şiraz” simfonik muğamını və “min bir gecə” nağılları əsasında eyniadlı baletini yazır.

Mövzuya görə xəbərlər