ABŞ-ın ən çox hakimiyyətdə qalan prezidenti Franklin Ruzvelt kimdir?

ABŞ-ın ən çox hakimiyyətdə qalan prezidenti Franklin Ruzvelt kimdir?

Bakı. TurkicWorld:

Franklin Delano Ruzvelt 30 yanvar 1882-ci ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Adının və soyadının baş hərfləri (FDR) ilə də xatırlanan Ruzvelt, 1933-cü ildən 1945-ci il vəfat edənə qədər ABŞ-ın otuz ikinci prezidenti və ən uzun ömür sürən ABŞ prezidenti olub.

O, 4 dəfə seçilərək ABŞ tarixində iki dəfədən artıq seçilən yeganə prezident olub. (ABŞ qanunları sonradan dəyişdirildiyi üçün indiki qanuna əsasən heç bir prezidentin 2 dəfədən artıq seçilməsi mümkün deyil.)

Franklin D. Ruzvelt ABŞ-ın Nyu-York ştatında köklü və varlıqlı bir ailə olan Ruzvelt ailəsinin üzvü olaraq dünyaya gəlib. Ruzvelt ailəsi Hollandiyadan gələn və 17-ci əsrdə, Şimali Amerikada Britaniya koloniyalarının hələ qurulmadığı bir vaxtda Nyu-York bölgəsində məskunlaşan ailədir.

Qeyd edək ki, ABŞ-ın 26-cı prezidenti Teodor Ruzvelt də eyni ailədəndir və Teodor Ruzvelt Franklin D.Ruzveltin həyat yoldaşı Eleanor Ruzveltin əmisidir.

Ruzvelt Birinci Dünya Müharibəsi zamanı Hərbi Dəniz Qüvvələrinin müxtəlif rütbələrində mülki vəzifədə çalışıb.

1920-ci ildə ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədliyini irəli sürüb, lakin seçkilərdə qalib gələ bilməyib.

1921-ci ildə Franklin Ruzvelt o zaman böyük bir epidemiya olan poliomielit xəstəliyinə tutulub. Xəstəliyə qalib gəlsə də, ayaqları iflic olduğu üçün ömrünün sonuna qədər yenidən yeriyə bilməyib. (O, ABŞ tarixində əlil olan yeganə prezidentdir.)

1928-ci ildə Nyu-York ştatının qubernatoru seçilib. 4 il qubernatorluq etdikdən sonra 1932-ci il seçkilərində ABŞ-ın 32-ci prezidenti seçilib.

Ruzvelt ABŞ-ın çətin bir zamanlarında prezidentliyə gəlib.

O, hakimiyyətə gələndə ABŞ 1929-cu ildən bəri ‘Böyük Depressiya’ adlanan tarixinin ən böyük iqtisadi çöküşünü yaşayırdı. Əhalinin 25%-i işsiz idi.

2 milyon amerikalı evsiz qalmışdı.

Ruzvelt “Yeni Sövdələşmə” adlı çoxşaxəli restrukturizasiya proqramı hazırladı və 1930-cu illərin sonlarına doğru ABŞ iqtisadiyyatı yenidən yoluna düşərək sürətlə inkişaf etməyə başladı.

1939-cu ildə II. İkinci Dünya Müharibəsi başlayanda Ruzveltin başçılıq etdiyi ABŞ əvvəlcə bitərəf qalıb.

Ancaq Yaponiyanın Sakit Okeanda ABŞ-a aid olan Pearl Harbora adalarına hücumu ilə ABŞ birdən-birə İkinci Dünya Müharibəsində iştirak etməyə məcbur qalıb.
Franklin Ruzvelt müharibənin bütün dövrlərində ABŞ prezidenti vəzifəsində çalışıb və Almaniya, İtaliya və Yaponiyaya qarşı Müttəfiq güclərə rəhbərlik edib.
O, 1945-ci ildə vəzifə borcunu yerinə yetirərkən, müharibənin son ilində, müttəfiqlərin üstünlüyü ələ almağa başlayanda qəfil xəstələnərək həlak olub.
Onu o zaman vitse-prezident olan Harri S. Truman əvəz etdi.
Franklin Ruzvelt hələ də ABŞ xalqının ən sevimli 4 prezidentindən biridir.

Mövzuya görə xəbərlər

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?

Sədi Şirazi kimdir?

Sədi Şirazi kimdir?

Ömər Fəxrəddin Paşa kimdir?

Ömər Fəxrəddin Paşa kimdir?