Qənirə Paşayeva kimdir?

Qənirə Paşayeva kimdir?

Bakı. TurkicWorld:

Qənirə Paşayeva Ələsgər qızı 1975-ci il 24 mart tarixində Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin “Pediatriya” fakültəsini və Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsini bitirib. Rus və ingilis dillərini səlist şəkildə bilib.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor olub. Gürcüstanın «Şərəf» ordeni ilə təltif edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. 20-dən artıq elmi, publisistik kitabın, romanın, yüzlərcə məqalənin müəllifi, 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub. Gürcüstanın, habelə Türkiyənin bir çox vilayətlərinin fəxri vətəndaşı idi. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri idi.

Qənirə xanım olduqca bacarıqlı, savadlı və cəsarətli şəxs idi. O, 1998-ci ildən ANS-Tv-də çalışmağa başlayıb və burada “Xəbərlər xidməti”ndə bir sıra vəzifələrdə çalışıb. Daha sonra isə həmin redaksiyanın baş redaktor müavini vəzifəsinə yüksəlib.

2005-ci ildən isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışmağa başlayıb. 2012–2015-ci illərdə «Odlar Yurdu» Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik edib.

Qənirə Paşayeva bir çox sahələrdə çalışsa da, hər zaman siyasətə marağı ilə də seçilib. Məhz bu maraq onu deputatlığa qədər aparıb. O, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bundan əlavə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, Vyetnam, Yaponiya, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Macarıstan, Malayziya, Qazaxıstan, Qırğızıstan, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi. Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsində olub.

Qənirə paşayevanın bacarıqları özünü bədii sahədə də göstərib. Onun çox gözəl şeirləri, məqalələri vardır.

Qısa zaman ərzində bu qədər işlərə imza atan şəxsin saysız-hesabsız mükafatları da vardır, əlbəttə ki. 30 sentyabr 2011-ci ildə İctimai Birliyi “İslahatçı Gənclər” Qənirə Paşayevanı “Xəzər” Milli Mükafatı ilə təltif edib.

2013-cü ildə İctimai Birliyi tərəfindən “İslahatçı Gənclər” Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Fəxri Diplomla şərəfləndirilib.

Qənirə paşayeva, eyni zamanda, Gürcüstanın fəxri vətəndaşı idi.

Hər zaman xeyirxah işlərlə seçilən Qənirə Paşayeva, 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdir. Bundan əlavə o, tez-tez Türkiyədə və bir çox xarici ölkələrdə təhsil alan gənclərlə, tələbələrlə görüş keçirib, onların problemlərini dinləyib və təhsil yolunda hər zaman onlara dəstək olacağını dilə gətirib, göstərib.

Azərbaycanın hər yerində Qənirə xanım olduqca çox sevilib. Vətəndaş qəbulunda şəxsən özü iştirak edərək vətəndaşların problemlərini dinləyib və lazimi tədbirlərin görülməsi ilə bağlı göstərişlər verib.

Qeyd edək ki, Qənirə Paşayeva subay idi və Firuzə adlı mənəvi qızı var.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, 28 Sentyabr 2023-cü il tarixində vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Filmoqrafiya

1. Apreldən əvvəl may… Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001)
2. Erməni soyqırımı. Türkün sözü (film, 2001)
3. Mənə inanın! (film, 2007)
4. Ruhum qarabağlıdır (film, 2012)

Kitabları və məqalələri

“Nobel mükafatlı qadınlar”,
“Tarixə adını yazan qadınlar”,
“Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən”
“Səndən sonra”
“Bülbül kimi gül aşiqi”

Mövzuya görə xəbərlər

Rəşad Cabirli kimdir?

Rəşad Cabirli kimdir?

Haluk Bilginer kimdir?

Haluk Bilginer kimdir?

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?