Tamer Karadağlı kimdir?

Tamer Karadağlı kimdir?

Bakı. TurkicWorld:

Tamer Karadağlı 24 may 1967-ci ildə Ankarada anadan olub.

Onun valideynləri Azərbaycan əsilli olub. İbtidai məktəbə başlamazdan əvvəl ailəsi ilə birlikdə ABŞ-da Monteneqroda məskunlaşan Tamer Karadağlı, Türkiyəyə qayıdıb, sonra yenidən Amerikaya gedib. Orta məktəbdə oxuduğu son kursda, hətta qəti dönüşü olduğu illərdə də tez-tez Akün kinoteatrına gedib.

Digər tərəfdən, orta məktəb illərində onun üçün bir zövq olduğunu ifadə etdiyi səs aktyorluğu sənətinə başlayıb. Daha sonra Şekspirin "Kuru Gürültü" pyesini həm türk, həm də ingilis dillərində oynayıb və bununla da onun Bilkent Universiteti ilə bağlı yeni dönəmi başlayıb.

TED Ankara Kolleci, Çankaya Liseyi və Bilkent Universiteti Musiqi və Səhnə Sənətləri Fakültəsinin Teatr fakültəsini bitirən sənətçi ilk filmini 1993-cü ildə çəkib. O, Ferhunde Hanımlar serialı ilə məşhurlaşıb. Bir çox məşhur aktyorları da səsləndirən Karadağlı özü kimi aktrisa Arzu Balkanla ailə həyatı qurub. Cütlüyün Zeyno adlı bir qızı var. Cütlük 2007-ci ildə boşanıb. O, "Çocuklar Duymasın" serialında rol alıb.

Tamer Karadağlının ata babası və nənəsi Gəncədəndir. O, müsahibələrində Azərbaycanı ayrı bir ölkə kimi görmədiyini qeyd edir həmişə. Müsahibələrinin birində:

"Azərbaycan bizim qardaş ölkəmizdir. Biz bunu həmişə deyirik ki, bir millət, iki dövlətik və ancaq birlikdə güclüyük. Azərbaycana nə vaxt gəlsəm, isti münasibət və sevgi görürəm. Bu münasibətin səmimi olduğuna da əminəm. Azərbaycan əsilliyəm, bura mənim ata vətənimdir. Atam, babam və nənəm Türkiyəyə Azərbaycandan gəliblər. Ona görə də, Azərbaycana gəldiyim zaman özümü başqa ölkəyə getmiş kimi hiss etmirəm. Nənəmin qohumlarının bir qismi Gəncə şəhərindəndir. Uşaq olanda onlar bizə Azərbaycandan çox bəhs edirdilər. Oranın nə qədər gözəl ölkə olduğunu deyirdilər",- deyə o qeyd edib.

Tamer Karadağlı, Azərbaycanı 44 günlük haqq savaşında daim dəstəkləyib. Müsahibələrində dedikləri bu dəstəyin bariz nümunəsidir:

"Azərbaycan Ordusuna könüllü qatılmaq istəyirəm, amma yaşıma görə çağırmazlar. İşğaldan azad edilmiş torpaqları görmək istəyirəm. Bütün azərbaycanlı qardaşlarımın yanındayam. Bu hər zaman belə olacaq. Necə ki, siz hər zaman bizim yanımızdasınız. Azərbaycan mənim baba torpağımdır".

Qeyd edək ki, Tamer Karadağlıya 11 avqust tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yeni vəzifə verilib. O, Türkiyə Dövlət Teatrlarının direktoru vəzifəsinə təyin edilib.

İştirak etdiyi filmlər:

Bir Yaz Gecesi Rüyası : William Shakespeare - Tiyatro Kedi - 2010

Dolu Düşün Boş Konuş : Steven Berkoff - Oyun Atölyesi - 1999

Fehim Paşa Konağı : Turgut Özakman - Tiyatro Bakış - 1997

Saat 9.05 : Nezihe Araz - Tiyatro Bakış - 1996

Cahide : Nezihe Araz - Tiyatro Bakış - 1995

Uyarca : Friedrich Dürrenmatt - Ankara Devlet Tiyatrosu - 1992

Filmoqrafiyası:

2003 Bir Tutam Baharat Mustafa

2005 Beyza'nın Kadınları Fatih

2005 Şans Kapıyı Kırınca Pilot

2007 Bayrampaşa: Ben Fazla Kalmayacağım Polis

2007 Living & Dying Duca

2009 Suluboya

2010 Memlekette Demokrasi Var Kaymakam

2012 Süper Türk Ekber

2016 Pamuk Prens Tamer

2017 Sinyalciler: Son Akşam Yemeği

Mövzuya görə xəbərlər

Türkan Akyol kimdir?

Türkan Akyol kimdir?

Nuri Demirağ kimdir?

Nuri Demirağ kimdir?

Məmməd Araz kimdir?

Məmməd Araz kimdir?

Qənirə Paşayeva kimdir?

Qənirə Paşayeva kimdir?

Aliya İzzetbeqoviç kimdir?

Aliya İzzetbeqoviç kimdir?