Son dəqiqə

Körfəz ölkələri Benyamin Netanyahu Yaxın Şərq regional təhlükəsizlik riski Yaxın Şərq təhlükəsizlik strategiyası Hörmüz boğazı #Şeyx Həməd Bin Casim Geosiyasi Böhran Müdafiə Paktı

Qətərin Sabiq Baş Naziri: Yaxın Şərqdə müharibə uzunmüddətli strategiyanın nəticəsidir

BAKI,TurkicWorld Yusif Şərifzadə

Qətərin sabiq Baş naziri Şeyx Həməd bin Casim Al Tani Yaxın Şərqdə baş verən müharibələrin təsadüfi eskalasiya deyil, uzunmüddətli geosiyasi strategiyanın nəticəsi olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, o bu fikirləri “Al Jazeera” telekanalına geniş müsahibəsində səsləndirib.

Təcrübəli diplomat regionda sürətlə dəyişən siyasi və təhlükəsizlik mühitinin ciddi risklər yaratdığını vurğulayıb. Onun sözlərinə görə, İsrailin Yaxın Şərqi zorakı şəkildə yenidən formalaşdırmağa yönəlmiş siyasəti bölgədə gərginliyi daha da artırır.

Şeyx Həməd bin Casim Al Tani bildirib ki, Hörmüz boğazında yaranmış böhran son müharibənin ən təhlükəli nəticələrindən biri hesab olunur. O qeyd edib ki, bölgədə enerji təhlükəsizliyi və beynəlxalq ticarət marşrutları üçün ciddi risklər formalaşıb.

Qətərin sabiq Baş naziri İsrailin Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail” planları ilə bağlı da xəbərdarlıq edib. O hesab edir ki, region ölkələri artan təhlükələr fonunda daha koordinasiyalı təhlükəsizlik mexanizmləri yaratmalıdır.

Müsahibə zamanı Körfəz ölkələri arasında vahid müdafiə paktının yaradılması məsələsinə də toxunan Şeyx Həməd bin Casim Al Tani bunun artıq təxirəsalınmaz zərurətə çevrildiyini bildirib.

Mövzuya görə xəbərlər