Son dəqiqə

Azərbaycan Ermənistan Azərbaycan ordusu təxribat

Azərbaycan Ordusu şəhidimizin qisasını aldı

Bakı. TurkicWorld:

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

TurkicWorld xəbər verir ki, şəhidimizin qisasını alaraq Azərbaycan ordusu Basarkeçər rayonunun Zod istiqamətində Ermənistanın hərbi infrastrukturunu məhv edib.

Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Mövzuya görə xəbərlər