Son dəqiqə

Zəngilan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağalı kəndi Böyük Qayıdış

Ağalıda gecənin sükutu sakinlərin sevinc dolu səsləri ilə qarışır

BAKI, TurkicWorld

İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi Böyük Zəfərin nəticəsinin rəmzlərindən biridir.

TurkicWorld xəbər verir ki,"Ağıllı kənd" konsepsiyası əsasında tikilən evlər, geniş küçələr, müasir tipli məktəb və uşaq bağçası, layiqli həyat şəraitini təmin edən zəruri infrastruktur doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin sevincinə şahidlik edir. Rahat yaşayış, xoş güzaran, aydın gələcək hər bir sakində məmnunluq və qürur hissi doğurur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən "Böyük Qayıdış"a dair I Dövlət Proqramı çərçivəsində hazırlanmış Ağalı kəndinin görüntülərini şərhsiz təqdim edirik.

Mövzuya görə xəbərlər