BAKI. TurkicWorld:
Zəngilan və Cəbrayıla köç karvanı yola salınıb.
TurkicWorld xəbər verir ki, mayın 13-də Zəngilanşəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanı yola salınıb.
Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.
Bu mərhələdə Zəngilan şəhərinə 59 ailə-235 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 97 ailə-419 nəfər köçürülüb.






