BAKI, TurkicWorld
İranda naməlum şəxslər Pakistan sərhədinə yaxın ərazidə yerləşən Zəhidan şəhər məhkəmə binasına atəş açıblar.
TurkicWorld bu barədə "Təsnim" xəbər agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində beş nəfər həlak olub, 13 nəfər yaralanıb. Hücum edənlərdən üçü isə zərərsizləşdirilib. Hücuma görə məsuliyyəti separatçı qruplaşma öz üzərinə götürüb.
İranın Sistan və Bəlucistan vilayətinin Zəhidan şəhərində bir neçə naməlum şəxs məhkəmə binasına daxil olaraq atəş açıb. Hakimiyyət orqanları yerli sakinləri hadisə yerindən uzaq durmağa çağırıblar.
Məlumata görə, hücumun məsuliyyətini "Ceyş əl-Ədl" ("Ədalət Ordusu") adlı qruplaşma öz üzərinə götürüb. Bu qruplaşma İranda terror təşkilatı kimi tanınır.







