Son dəqiqə

Özbəkistan Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Tanzila Narbayeva

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri arasında görüş keçirilib

Bakı, TurkicWorld:

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Daşkənddə keçirilən “Şuşa Günləri” çərçivəsində Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Tanzila Narbayeva ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, görüşdə Türk Dövlət Başçılarının Türk Dünyasında hərtərəfli əməkdaşlığın
gücləndirilməsinə yönəlmiş səylərinin mühüm əhəmiyyətindən söz açılıb.

Türk Dövlət Başçıları tərəfindən bu istiqamətdə yaradılan Türk Əməkdaşlıq Təşkilatlarının sıx qarşılıqlı
əlaqələrindən bəhs olunub.

Türk xalqlarının mədəni əlaqələrin gücləndirilməsi vasitəsilə bir-birinə daha da yaxınlaşdırılmasının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas məqsədləri sırasında olduğu bildirilib. Fondun həyata keçirdiyi geniş miqyaslı layihələrdə Özbəkistanın aktiv yer alması vurğulanıb.

Təşkilat tərəfindən keçirilən müxtəlif tədbirlərdə, o cümlədən ötən il böyük özbək şair mütəfəkkiri Əlişir Nəvainin 580 illik yubileyinə həsr olunan tədbirdə Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının deputatlarının
iştiraklarının əhəmiyyəti diqqətə çatdırılıb.

Parlament diplomatiyası vasitəsilə Türk ölkələri arasında siyasi dialoqun inkişafı yönündə işlər aparan TÜRKPA ilə Fondun birgə fəaliyyətinin önəmi qeyd olunub. Fond tərəfindən Daşkənddə təşkil olunan “Şuşa Günləri” Azərbaycan və Özbəkistanın qardaşlıq münasibətlərinin inkişafına töhfə kimi dəyərləndirilib.

Görüşdə təşkilat ilə Özbəkistan arasında ortaq layihələrin həyata keçirilməsinin vacibliyi
vurğulanıb və gələcək perspektivlər müzakirə edilib.

Mövzuya görə xəbərlər