Son dəqiqə

Özbəkistan Çabahar limanı Baxtiyor Saidov

Özbəkistan Çabahar limanı tranzit layihəsinə qoşulub

Bakı, TurkicWorld:

Özbəkistan Çabahar limanı tranzit layihəsinə qoşulub.

TurkicWorld AzerPress-ə istinadən xəbər verir ki, bu barədə razılaşma Özbəkistanın Xarici İşlər naziri Baxtiyor Saidov, Nəqliyyat naziri İlhom Maxkamov ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri Mehrdad Bazrpaşın görüşü zamanı əldə edilib.

Qeyd edək ki, Çabahar limanı tranzit layihəsi 24 may 2016-cı ildə Hindistan, İran və Əfqanıstan arasında imzalanıb. Sazişin məqsədi Hindistanın Pakistan ərazisindən Əfqanıstan və Mərkəzi Asiyanın dənizə çıxışı olmayan bazarlarına çıxışını təmin etməkdir.

Mövzuya görə xəbərlər