BAKI,TurkicWorld, Fərid Mikayılov
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ-a səfər edəcək.
TurkicWorld xəbər verir ki, Mirziyoyev Vaşinqtonda keçirilməsi planlaşdırılan Sülh Şurasının birinci rəsmi iclasında iştirak edəcək.
Məlumata görə, iclas fevralın 19-na təyin olunub.
Qeyd olunur ki, cari ilin yanvar ayında Özbəkistan Prezidenti yeni beynəlxalq qurum olan Sülh Şurasının nizamnaməsini imzalayıb. Bununla da Özbəkistan təşkilatın təsisçi dövlətlərindən biri statusunu qazanıb.







