Son dəqiqə

Sergey Lavrov Özbəkistan Rusiya Şavkat Mirziyoyev ikitərəfli əməkdaşlıq İqtisadi əlaqələr

Özbəkistan prezidenti ilə Rusiya XİN rəhbəri arasında görüş baş tutub

BAKI,TurkicWorld

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

TurkicWorld xəbər verir ki, görüşdə tərəflər Özbəkistan-Rusiya dostluq münasibətlərinin, genişmiqyaslı strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirilməsi yollarını müzakirə ediblər.

Görüşdə ali səviyyədə əldə olunmuş razılaşmaların icrası diqqət mərkəzində olub.

Tərəflər ali səviyyədə əldə olunmuş razılaşmaların icrasına xüsusi önəm verdiklərini vurğulayıblar. Görüşdə ticarət, investisiya, sənaye kooperasiyası, eləcə də mədəniyyət, elm, təhsil, səhiyyə, idman və turizm sahələrində əməkdaşlığın inkişaf etdiyi qeyd edilib.

Həmçinin regional və beynəlxalq gündəmdə olan aktual məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər