Son dəqiqə

BMT Özbəkistan

Özbəkistanın təşəbbüsləri BMT tərəfindən dəstəklənir

Bakı. TurkicWorld:

Özbəkistanın regional və qlobal xarakterli aktual problemlərin həlli istiqamətində səyləri, ölkə rəhbəri Şavkat Mirziyoyevin beynəlxalq aləmdə irəli sürdüyü təşəbbüslər BMT tərəfindən hərtərəfli dəstəklənir.

TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva BMT-nin Özbəkistandakı rezident əlaqələndiricisi vəzifəsini icra edən Konsuelo Vidal Brüs ilə görüşü zamanı bildirilib.

Görüş zamanı Özbəkistan Respublikasının BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. Xüsusilə, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması, gender bərabərliyinin təmin edilməsi, eləcə də ekoloji problemlərə diqqət yetirilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər