Sercio Mattarella Özbəkistana rəsmi səfər edəcək

Sercio Mattarella Özbəkistana rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

İtaliya prezidenti Sercio Mattarella 9-11 noyabr tarixlərində Özbəkistanda rəsmi səfərdə olacaq.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində İtaliya prezidenti Daşkənddə və Səmərqənddə Turin Politexnik Universitetini ziyarət edəcək.

“2022-ci ilin iyununda imzalanmış Strateji Tərəfdaşlıq Sazişi və İtaliya ilə beş Mərkəzi Asiya ölkəsi arasında məsləhətləşmə mexanizmi çərçivəsində Roma ilə münasibətləri tədricən gücləndirən Özbəkistan hökuməti S.Matarellanın səfərini dəstəkləyir”, - deyə İtaliya mətbuatında bildirilib.

Qeyd edək ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu ilin iyununda İtaliyaya rəsmi səfər edib.

X: Lamanasadli01