Son dəqiqə

Özbəkistan Karate

Özbəkistan karate üzrə dünya kubokuna ev sahibliyi edəcək

Bakı. TurkicWorld:

Özbəkistan sabah keçiriləcək İTKF karate-do üzrə dünya kuboku yarışlarına ev sahibliyi edəcək.

TurkicWorld-un məlumatına görə, Daşkənd tatamisində keçirilən yarışlarda Misir, Küveyt, Hindistan, İsrail, Əlcəzair, İtaliya, Braziliya kimi 26-dan çox ölkədən 800-ə yaxın karateçi qələbə uğrunda mübarizə aparacaq.

Beynəlxalq ITKF karate-do federasiyasının prezidenti Gilberto Gerdner Özbəkistanda idmana, xüsusilə karatenin müxtəlif istiqamətlərinin inkişafına göstərilən diqqəti yüksək qiymətləndirib. O, bunun dünya çempionatına hazırlıqda da özünü göstərdiyini, Daşkəndin müxtəlif idman növləri üzrə yüksək turnirlərin keçirildiyi meqapolisə çevrildiyini etiraf edib.

Dünya çempionatı oktyabrın 7-dək davam edəcək.

Mövzuya görə xəbərlər