Türkiyə və Türkmənistan qarşılıqlı münasibətləri müzakirə edib

Türkiyə və Türkmənistan qarşılıqlı münasibətləri müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, telefon danışığı zamanı xarici işlər nazirləri Türkiyə ilə Türkmənistan arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparıblar.