Türkmənistan XİN nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib

Türkmənistan XİN nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib

Bakı. TurkicWorld:

Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun başçılıq etdiyi Türkmənistan nümayəndə heyəti 22-23 yanvar 2024-cü il tarixlərində Yaponiyada işgüzar səfərdədir.

TurkicWorld-un məlumatına görə, səfər çərçivəsində hökumətdə, parlamentdə, müvafiq nazirlik və idarələrdə, maliyyə və ixrac kredit təşkilatları və Yaponiyanın aparıcı şirkətləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Görüşlərin gündəliyində dövlətlərarası dialoqun gücləndirilməsi, parlamentlərarası əməkdaşlıq vasitəsilə təmasların genişləndirilməsi, siyasi və diploatik əməkdaşlığın daha da inkişaf etdirilməsi, ticarət-iqtisadi tərəfdaşlığın inkişafı, elm və təhsil əlaqələrinin dərinləşdirilməsi ilə bağlı məsələlər yer alacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_