Son dəqiqə

Türkiyə Türkmənistan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sərdar Berdiməhəmmədov

Türkmənistan prezidentinin Türkiyəyə rəsmi səfər edəcəyi tarix açıqlanıb

Bakı. TurkicWorld:

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov oktyabrın 25-26-da Türkiyəyə ilk rəsmi səfərini edəcək.

TurkicWorld-un məlumatına görə, səfər zamanı Berdiməhəmmədov, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, eləcə də cari hadisələr barədə fikir mübadiləsi aparacaq.

Qeyd edək ki, 27 oktyabr 1991-ci ildə müstəqilliyini elan edən Türkmənistanı ilk tanıyan ölkə 16 dekabr 1991-ci ildə Türkiyə olub.

Türkmənistan və Türkiyə Respublikası arasında diplomatik əlaqələr 29 fevral 1992-ci ildə qurulub.

Məlumat üçün bildirək ki, Türkmənistan Rusiyadan sonra türk şirkətlərinin ən çox fəaliyyət göstərdiyi ikinci ölkə olaraq seçilir.

Xatırladaq ki, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Türkiyə tərəfinin dəvəti ilə bu ilin iyun ayında, yenidən Türkiyə prezidenti seçilmiş prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər