Muharrem İncənin prezident namizədliyindən çəkilməsində ABŞ və FETÖ maraqlı idi - Süleyman Soylu

Muharrem İncənin prezident namizədliyindən çəkilməsində ABŞ və FETÖ maraqlı idi - Süleyman Soylu

Bakı, TurkicWorld:

Türkiyənin müxalifət Memleket partiyasının sədri Muharrem İncənin prezident namizədliyindən çəkilməsində Amerika Birləşmiş Ştatları və FETÖ terror təşkilatı maraqlı idi, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

"Bu seçkidə Muhərrem İncə hücuma məruz qalıb. Hücumun kənardan gəldiyi, kim tərəfindən olduğu aydındır. Hadisəni törədən bəllidir, FETÖ və ABŞ”, - deyə Soylu vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Memleket Partiyasının sədri Muharrem İncə mayın 11-də seçkilərə üç gün qalmış prezident namizədliyindən geri çəkildiyini açıqlayıb.

"Türkiyə Respublikası mənim etibarımı qoruya bilmədi. Prezident namizədinin nüfuzu önəmlidir. Türkiyədən xaricdə nə qədər FETÖ, PKK terrorçusu varsa hamısı hücum edir. Memleket Partiyası Türkiyənin gələcəyi üçün önəmlidir, buna görə də parlamentdə olmalıdır", - deyə M.İncə açıqlamasında bildirib.

Xatırladaq ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Ləman Əsədli

Twitter: lamanasadli01