Adıyamanda 4,6 bal gücündə zəlzələ baş verib

Adıyamanda 4,6 bal gücündə zəlzələ baş verib

Bakı. TurkicWorld:

Türkiyənin Adıyaman vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.

TurkicWorld AFAD-a istinadən xəbər verir ki, Adıyamanda baş verən zəlzələ Malatya və Şanlıurfada da hiss olunub.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.