Son dəqiqə

Türkiyə Muğla

Muğlada baş verən faciəvi qəza nəticəsində 34 nəfər yaralanıb

Bakı. TurkicWorld:

Muğlada baş verən faciəvi qəza nəticəsində 34 nəfər yaralanıb.

TurkicWorld-un məlumatına görə, Muğla-Yağatan yolunda Göksel Kocabıyıkın istifadə etdiyi Muğla böyükşəhər bələdiyyəsinə məxsus mikroavtobus yük maşınına çırpılıb.

Qəza nəticəsində dördü ağır olmaqla, 34 nəfər müxtəlif xəsarətlər alıb. Bölgəyə çoxlu sayda təcili tibbi yardım, xilasetmə və jandarma qrupları göndərilib.

Qeyd edək ki, qəzanın təfərrüatları araşdırılır.

Mövzuya görə xəbərlər