Son dəqiqə

BMT Sudan

Münaqişədən sonra 100 mindən çox insan Sudanı tərk edib - BMT

Bakı TurkicWorld

Münaqişə başlayandan bəri 100 mindən çox insan Sudanı tərk edərək qonşu ölkələrə gedib.

TurkicWorld xəbər verir ki, bunu BMT QAK-ın nümayəndəsi Olqa Sarrado deyib.

O bildirib ki, ümumilikdə 24 min qaçqın müəyyən edilib:

"Onlara həm sudanlı qaçqınlar, həm də Cənubi Sudandan qayıdan qaçqınlar, eləcə də əcnəbilər daxildir. Qaçqınların əksəriyyəti qadınlar və uşaqlardır”, - Sarrado vurğulayıb.

Xatırladaq ki, Suveren Şuraya rəhbərlik edən Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanla həmin şurada onun müavini olan xüsusi təyinatlı qüvvələrin başçısı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən ölkədə vəziyyət gərginləşib. Aprelin 15-də Merove şəhərindəki hərbi baza yaxınlığında və paytaxt Xartumda iki güc strukturu arasında toqquşmalar başlayıb. Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə toqquşmalar nəticəsində ölənlərin sayı 528-ə çatıb, 4600-ə yaxın yaralı var.

Mehriban Xəlilli
@MXalilbekova

Mövzuya görə xəbərlər