Sülh müqaviləsinin imzalanmasının uzadılması Ermənistanın regionda başqa maraqlarının olduğunu ortaya qoyur - Türkiyə Prezident Aparatı (ÖZƏL)

Sülh müqaviləsinin imzalanmasının uzadılması Ermənistanın regionda başqa maraqlarının olduğunu ortaya qoyur - Türkiyə Prezident Aparatı (ÖZƏL)

Bakı, TurkicWorld:

Sülh müqaviləsinin imzalanmasının Ermənistan tərəfindən uzadılması bu ölkə hakimiyyətinin regionda başqa maraqlarının olduğunu ortaya qoyur.

Bu haqda TurkicWorld-a Türkiyə Prezident aparatından bildiriblər. Aparatdan o da bildirilib ki , Azərbaycanın maraqları regionda sülh və stabilliyə xidmət edir.
“Rəsmi Bakı, regionun inkişaf etməsində maraqlıdır və bu 44 günlük Vətən müharibəsindən sonra, Azərbacanın bölgədə apardığı quruculuq işlərindən açıq şəkildə görünməkdədir”-deyə Türkiyə PA –dan bildiriblər.

PA –dan o da qeyd olunub ki , Ermənistan Azərbaycan ilə sülh müqaviləsini tezliklə imzalamalıdır.

Qeyd olunub ki , hər zaman olduğu kimi Türkiyə bütün məsələlərdə Azərbaycanın yanındadır və Ankara Bakı qardaşlığı sarsılmazdır.