Azərbaycan bayrağının yandırılması vandalizm və kütləvi cahilliyin təzahürüdür – Türkiyə PA (ÖZƏL)

Azərbaycan bayrağının yandırılması vandalizm və kütləvi cahilliyin təzahürüdür – Türkiyə PA (ÖZƏL)

Bakı, TurkicWorld

Beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması vandalizm və kütləvi cahilliyin təzahürüdür.

Bunu TurkicWorld-a Türkiyə Prezident Aparatından bildiriblər.

Aparatdan o da bildirilib ki, bu kimi hallar yolverilməzdir.

“Azərbaycan bayrağının yandırılmasını qınayırıq, bayraq yandırmaq eyni zamanda açıq nifrət təzahürüdür və inkişaf etməmiş toplumlara xasdır” - deyə PA-dan bildiriblər.

Xatırladaq ki, ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı azarkeşlərdən biri Azərbaycan bayrağını yandırıb. Bununla əlaqədar Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin birgə bəyanat yayaraq bildirib ki, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.